...

Ötən gün 48 cinayət faktı qeydə alınıb

Hadisə Materials 26 Sentyabr 2015 17:24 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 48 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
Ötən gün 48 cinayət faktı qeydə alınıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 48 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə, 37 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti