Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda tikinti gedən binada ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Xətai rayonunun A.Cəlilov küçəsində yerləşən yeni inşa edilməkdə olan binada qeydə alınıb.
Bakı şəhər sakini Ramil Abbasov işlədiyi 18 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.