Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/
Ağsuda silahlı insident baş verib, bir nəfər həbs olunub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib.
Nəticədə R.Osmanov hadisə yerində ölüb.
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub.
Hadisəni törədərkən istifadə etdiyi "TOZ-16" markalı tüfəng götürülüb.