...

İrandan narkotik vasitələr gətirmək istəyənlərin aqibəti...

Hadisə Materials 17 Noyabr 2015 12:33 (UTC +04:00)
Gömrükçülər İrandan Azərbaycana narkotika keçirmək istəyən şəxsləri saxlayıb.
İrandan narkotik vasitələr gətirmək istəyənlərin aqibəti...

Bakı. Elmir Murad - Trend:

Gömrükçülər İrandan Azərbaycana narkotika keçirmək istəyən şəxsi saxlayıb.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Zülfiyyə İzaulovanın üzərində şəxsi yoxlama həyata keçirilib. Ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 68,820 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Gömrükçülər Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən başqa bir şəxsi də saxlayıb. Belə ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Anar Kərimovun üzərində şəxsi yoxlama aparılarkən onun daxili orqanında (düz bağırsağında) ayrı-ayrı bükümlərdə müxtəlif narkotik vasitələr aşkar olunub.

Adı çəkilən vətəndaşdan 1 ədəd bükümdə, xalis çəkisi 0,84 qram olan həşiş, 1 ədəd bükümdə, xalis çəkisi 1,0 qram olan qurudulmuş marixuana, 1 ədəd bükümdə isə xalis çəkisi 6,10 qram olan metadon adlı preparat aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti