Xırdalanda yanğın olub, 25 nəfər təxliyə olunub

Hadisə Xəbər 10 Yanvar 2016 19:29 (UTC +04:00)
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.
Xırdalanda yanğın olub, 25 nəfər təxliyə olunub

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti