...

Samuxda yol qəzası: xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Yanvar 2016 01:37 (UTC +04:00)
Samuxda yol qəzası baş verib, 2 nəfər yaralanıb.
Samuxda yol qəzası: xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Samuxda yol qəzası baş verib, 2 nəfər yaralanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə saat 00:00 radələrində baş verib.

Hadisə Samux rayonun Çobanabdallı kəndi ərazisində baş verib. "VAZ 2106" markalı avtomobilin sürücüsü 38 yaşli Ramin Məmmədov hərəkətlə olarkən yolun kənarında dayanan "Mersedes" markalı avtomobili vurub.

Hadisə olan zamanı "VAZ"ın sürücüsü, eləcədə onun yanında olan sərnişin, Samux rayonu Çobanabdallı kənd sakini 30 yaşlı Zəfər Məmmədov bədən həsarətləri alıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına cattırılıblar. "VAZ"ın sürücüsünün vəziyyəti ağır, sərnişinin isə orta ağırdı.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti