Bakı. Samir Əli - Trend:
Rusiyada adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Vahid Əsgərov tutulub, ondan nömrəsi silinmiş "TT" markalı tapança da götürülüb.