...

Xızıda meşə zolağına yaxın yanğın olub

Hadisə Materials 4 May 2016 10:35
Xızı rayonunda meşə zolağına yaxınlıqda vətəndaşa məxsus evdə yanğın olub.
Xızıda meşə zolağına yaxın yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Xızı rayonunda meşə zolağına yaxınlıqda vətəndaşa məxsus evdə yanğın olub.

Trend FHN-in saytına istinadən xəbər verir ki, Xızı rayonu, Qars kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti