...

4 rayonda 180 hektardan çox taxıl sahəsi yanıb

Hadisə Materials 9 İyul 2016 00:26 (UTC +04:00)

Bakı. Trend:

Qəbələ rayonu, Zirik kəndində kənd əhalisinə məxsus ərazidə 50 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, ərazidəki digər taxıl sahələri yanğından mühafizə olunub.

Bundan başqa, Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Zərdab rayonu, Məmmədqasımlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 0,5 ha biçilmiş taxıl sahəsi və 1 ha biçilməmiş yonca sahəsi yanıb. Ərazidəki əkin sahələri yanğından mühafizə olunub.

Həmçinin Cəlilabad rayonu, Əliqasımlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti