...

Kürdə batan xilas edildi

Hadisə Materials 5 Avqust 2016 19:47 (UTC +04:00)
Kür çayında batan şəxs xilas edilib.
Kürdə batan xilas edildi

Bakı. Trend:

Kür çayında batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti