...

Azərbaycanda bir gündə 24 nəfər saxlanıldı

Hadisə Materials 12 Sentyabr 2016 15:47 (UTC +04:00)
Azərbaycanda gün ərzində 57 cinayət faktı qeydə alınıb.
Azərbaycanda bir gündə 24 nəfər saxlanıldı

Bakı. Trend:

Azərbaycanda gün ərzində 57 cinayət faktı qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qeydə alınan hadisələrdən 19-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti