...

“Azərenerji”nin işıq dirəklərindən kabel oğurlayan saxlanıldı

Hadisə Materials 15 Sentyabr 2016 12:14 (UTC +04:00)
Bakıda kabel oğrusu saxlanılıb.
“Azərenerji”nin işıq dirəklərindən kabel oğurlayan saxlanıldı

Bakı. Trend:

Bakıda kabel oğrusu saxlanılıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Səngəçal qəsəbəsi ərazisində “Azərenerji” ASC-yə məxsus işıq dirəklərindən yeni çəkilmiş, lakin istifadəyə verilməmiş 1278 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aftandil Balakişiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti