...

Sumqayıtda ev əşyaları ilə yandı

Hadisə Materials 16 Sentyabr 2016 18:33 (UTC +04:00)
Gündüz saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb.
Sumqayıtda ev əşyaları ilə yandı

Bakı. Trend:

Gündüz saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 1500 m2 olan, bir dam altında tikilmiş bir mərtəbəli taxta konstruksiyalardan ibarət evin yanar konstruksiyaları və ev əşyaları 800 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.

Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti