Bakı. Trend:
Oğurluqda şübhəli bilinənlər - paytaxt sakini Həmid Əliyev, Lənkəran rayon sakinləri Teyyub Məmmədli, Orxan Əlizadə və Vüsal Məmmədli tutulublar. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 11-dən sentyabrın 19-dək olan müddətdə Bakı şəhər sakinlərinə məxsus 13 evdən, habelə 1 mağazadan pul, təmir-tikinti alətləri, elektrik avadanlıqları, tütün məmulatı, danışıq kartları, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - paytaxt sakini Həmid Əliyev, Lənkəran rayon sakinləri Teyyub Məmmədli, əvvəllər məhkum olunmuşlar Orxan Əlizadə və Vüsal Məmmədli tutulublar.