...

Bakıda kollecdən noutbukları oğurlayan şəxs tutuldu

Hadisə Materials 5 Oktyabr 2016 11:45 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Füzuli sakini tutulub.
Bakıda kollecdən noutbukları oğurlayan şəxs tutuldu

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Füzuli sakini tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti