...

Dələduzluğa görə həbs olunmuş keçmiş məhkum yenidən məhkəmə qarşısında

Hadisə Materials 17 Oktyabr 2016 12:53 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər- 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Dələduzluğa görə həbs olunmuş keçmiş məhkum yenidən məhkəmə qarşısında

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 24-də davam etdiriləcək.

T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün bu ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, təqsirləndirilən şəxslər etibardan sui-istifadə edərək külli miqdarda pul alıb mənimsəməkdə təqsirləndirilirlər. Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Bakı xəstəxanalarının birində həkim işləyir.

Xəbər lenti

Xəbər lenti