...

Gəncədə ağır yol qəzası: 2 ölü, 5 yaralı

Hadisə Materials 31 Oktyabr 2016 22:06 (UTC +04:00)
Gəncə Şəmkir yolunda “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat qəzası baş verib
Gəncədə ağır yol qəzası: 2 ölü, 5 yaralı

Bakı. Trend:

Gəncə Şəmkir yolunda “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat qəzası baş verib.

Trend "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, Nəticədə VAZ 2106-da olan iki nəfər dünyasını dəyişib. "Mercedes"-də olanlar isə 29 yaşlı Rəşad Namazov, onun həmyaşıdı Nicat Zeynalov, 31 yaşlı Vüsal Əhmədov, 27 yaşlı Pərviz Mahmudov və 24 yaşlı Ricat Qafarov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti