...

İndoneziyada iki gəmi toqquşub: 15 nəfər itkin düşüb

Hadisə Materials 20 Noyabr 2016 08:45 (UTC +04:00)
İndoneziyanın Tuban şəhərinin yaxınlığında Yavan dənizində KM Mulya Sejati balıqçı gəmisi ilə MV Tayson 4 gəmisi toqquşub
İndoneziyada iki gəmi toqquşub: 15 nəfər itkin düşüb

Bakı. Trend:

İndoneziyanın Tuban şəhərinin yaxınlığında Yavan dənizində KM Mulya Sejati balıqçı gəmisi ilə MV Tayson 4 gəmisi toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, balıqçı gəmisində 27 nəfər olub. Toqquşmadan dərhal sonra MV Tayson 4 gəmisi 12 nəfəri sudan çıxarsada, 15 nəfər itkin düşüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, axtarış-xilasetmə əməliyyatları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti