...

Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib

Hadisə Materials 18 Dekabr 2016 15:19 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2–ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti