...

Polis qanunsuz silahlar müsadirə edib

Hadisə Materials 14 Yanvar 2017 12:32 (UTC +04:00)
Polis 3 nəfərdən qanunsuz silah müsadirə edib.
Polis qanunsuz silahlar müsadirə edib

Bakı. Trend:

Polis 3 nəfərdən qanunsuz silah müsadirə edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sayıl Sayılovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Həmin gün Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əflatun Ağamoğlanovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Niyaməddin Cəfərovdan müvafiq sənədləri olmayan "TOZ-63" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti