...

Cəlilabadda ağır yol qəzası - 11 nəfər xəsarət alıb

Hadisə Materials 27 Yanvar 2017 11:11 (UTC +04:00)
Cəlilabadda ağır yol qəzası baş verib.
Cəlilabadda ağır yol qəzası - 11 nəfər xəsarət alıb

Bakı. Trend:

Cəlilabadda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yanvarın 26-da saat 7 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib.

Rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. Nəticədə N.Sövzəliyevə və 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Cəlilabad RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti