Bakı. Trend:
Astara rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 15 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda yerləşən ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində pəncərə çərçivəsi və evin giriş qapısı 4 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 125 m² sahədə yanıb.
Yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas olunu. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.