...

Hakim oğlunun ölümünü araşdıran məhkəməyə yeni prokuror təyin edilib

Hadisə Materials 7 Fevral 2017 12:36 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim oğlunun ölümünü araşdıran məhkəməyə yeni prokuror təyin edilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, prokuror məzuniyyətə getdiyi üçün prosesə yeni prokuror təyin edilib. Prokuror cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses fevralın 14-nə təyin edilib.

İttihama görə, bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində dünyasını dəyişən 19 yaşlı R.Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğludur. O, ADA Universitetində 3-cü kurs tələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti