...

Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb

Hadisə Materials 29 May 2017 12:24 (UTC +04:00)
Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb.
Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb

Bakı. Trend:

Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti