...

FHN Bakıda yataqxanadakı yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 7 İyun 2017 18:40 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN Bakıda yataqxanadakı yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti