Bakı. Trend:
Qarabağ su kanalında 1 nəfər batıb, hazırda həmin şəxsin axtarışlarına başlanılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ su kanalının Ağcabədi rayonu, Qaradolaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.