...

Bulvarda qadın intihar edib

Hadisə Materials 16 Avqust 2017 16:02 (UTC +04:00)
Bulvarda intihar edən qadının meyiti dənizdən çıxarılıb.
Bulvarda qadın intihar edib

Bakı. Trend:

Bulvarda intihar edən qadının meyiti dənizdən çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 50-55 yaşlarında olan qadın meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:40-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti