...

Oğuzda 4 otaqlı ev yanıb

Hadisə Materials 19 Sentyabr 2017 03:35 (UTC +04:00)
Oğuzda yanğın qeydə alınıb
Oğuzda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Oğuzda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Oğuz rayonu, Xaçmaz kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı kürsülü evin mətbəxinin tavanı 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti