...

Bakıda iki mərtəbəli mağaza yanıb

Hadisə Materials 21 Oktyabr 2017 23:45 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda iki mərtəbəli mağaza yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazanın zirzəmisində 15 ədəd karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidə 6 ədəd şam ağacı yanıb. Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti