...

Biləsuvarda pambıq məntəqəsindəki yanğın söndürüldü

Hadisə Materials 23 Oktyabr 2017 16:36 (UTC +04:00)
Biləsuvar rayonuda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb
Biləsuvarda pambıq məntəqəsindəki yanğın söndürüldü

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonuda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb. Bu barədə Trend-ə rayonun Əsgərabad kənd icra nümayəndəliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, məntəqə Əsgərabad kəndi ərazisində yerləşsə də, yaşayış məntəqəsindən aralıda yerləşir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yanğın hadisəsi bu dəqiqələrdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti