...

Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI (ÖZƏL)

Hadisə Materials 14 Noyabr 2017 16:58 (UTC +04:00)
2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb.
Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 166 ölüm, 461 xəsarət qeydə alınıb.

V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib ki, bu da dövlət yol polisi tərəfindən keçirilən məqsədli tədbirlərin nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti