...

Salyanda borudan sızan qaz alışıb: xəsarət alan var

Hadisə Materials 15 Noyabr 2017 13:51 (UTC +04:00)
Salyanda borudan sızan qaz alışıb.
Salyanda borudan sızan qaz alışıb: xəsarət alan var

Bakı. Trend:

Salyanda borudan sızan qaz alışıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan rayonunda borudan sızan qazın alışması nəticəsində 3 m² sahədə ağac qırıntıları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Qaz xətti və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti