...

TRT telekanalının sabiq prodüseri Karlovun qətli ilə bağlı həbs olunub

Hadisə Materials 25 Noyabr 2017 06:11 (UTC +04:00)
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında Eko Avaz proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib
TRT telekanalının sabiq prodüseri Karlovun qətli ilə bağlı həbs olunub

Bakı. Trend:

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında "Eko Ava"z proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib.

Trend-in məlumatına görə, saxlanılan sabiq prodüser Anakarada məhkəmə binasına gətirilib və "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfiri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib. Səfiri öldürən Mövlud Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti