...

SON DƏQİQƏ! Pakistanda partlayış - Ölən və yaralananlar var

Hadisə Materials 5 Dekabr 2017 17:49 (UTC +04:00)
Pakistanın şimalındakı Mir-Əli şəhərində partlayış baş verib.
SON DƏQİQƏ! Pakistanda partlayış - Ölən və yaralananlar var

Bakı. Trend:

Pakistanın şimalındakı Mir-Əli şəhərində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 8 nəfərin yaralandığı bildirilir.

Qeyd olunur ki, partlayış yol kənarında dayanmış motosikletə quraşdırılan partlayıcının işə düşməsi ilə baş verib.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Hadisə yerində təcili tibbi yardım və polis işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti