Bakı. Trend:
Gədəbəy rayonunda yanğın olub.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, rayonun Böyük Qaramurad kəndində ümumi sahəsi 200 m² olan 7 otaqlı evin çardağı 100 m² və 2-ci mərtəbədə 1 otağın tavanı 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.