...

Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 3 Yanvar 2018 12:17 (UTC +04:00)
Bu gün səhər saatlarında Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Bu gün səhər saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində N.Xəlilova elə hadisə yerindəcə ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti