...

Bakı metrosunda "bomj"un halı pisləşdi

Hadisə Materials 11 Yanvar 2018 11:53 (UTC +04:00)
Bakıda metroda sərnişinin halı pisləşib.
Bakı metrosunda "bomj"un halı pisləşdi

Bakı. Samir Əli - Trend:

Bakıda metroda sərnişinin halı pisləşib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə səhər saatlarında metronun "Elmlər Akademiyası" stansiyasında baş verib. Stansiyaya daxil olan sərnişinin platformada halı pisləşib. Daxili İşlər Nazirliyinin Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşlarının səyi nəticəsində halı pişləşən yaşlı sərnişinə ilkin yardım göstərilib və stansiyaya təcili yardım briqadası çağırılıb.

Təcili yardım briqadası həmin şəxsə tibbi yardım göstərib. Məlum olub ki, halı pisləşən şəxs tüfeyli həyat tərzi keçirir və sərxoş vəziyyətdədir. Polis əməkdaşları həmin şəxsi səhhəti normallaşana qədər nəzarətdə saxlayıb. Vəziyyəti normallaşan şəxs stansiyadan uzaqlaşdırlıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları Trend-ə açıqlamasında bildiriblər ki, halı pisləşən şəxs mütəmadi olaraq metro stansiyalarında, stansiyanın qarşısında sərxoş vəziyyətdə olur və briqada bir-neçə stansiyada ona tibbi yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti