...

Ötən gün 117 cinayət faktı qeydə alınıb

Hadisə Materials 16 Yanvar 2018 09:33 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 15-dən 16-dək 117 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
Ötən gün 117 cinayət faktı qeydə alınıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 15-dən 16-dək 117 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti