...

Bərdədə baş verən yanğında xəsarət alan qadın xəstəxanada ölüb

Hadisə Materials 16 Yanvar 2018 12:17 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Bərdədə baş verən yanğında xəsarət alan qadın xəstəxanada ölüb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 15-də saat 8 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb, xəstəxanaya yerləşdirilmiş gəlini Zümrüd Novruzova isə orada ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti