...

Axtarışda olan 27 nəfər saxlanılıb

Hadisə Materials 18 Yanvar 2018 08:58 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 17-dən 18-dək 110 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
Axtarışda olan 27 nəfər saxlanılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 17-dən 18-dək 110 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti