...

Ötən gün baş verən cinayətlərin statistikası açıqlanıb

Hadisə Materials 19 Yanvar 2018 09:45 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 18-dən 19-dək 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
Ötən gün baş verən cinayətlərin statistikası açıqlanıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 18-dən 19-dək 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti