Bakı. Trend:
Görülmüş ardıcıl tədbirlər nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 25%-dək azalıb, müxtəlif əsaslarla həbsdən azad edilənlərin sayı isə 15% artıb.
Trend-in məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında deyilib.
İclasda qeyd edilib ki, həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmələrə verilən təqdimatların sayı 26%, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 1/3 qədər azalıb.