...

Saatlıda ağır yol qəzası olub, ölən və yaralanan var

Hadisə Materials 24 Mart 2018 00:53 (UTC +04:00)
Saatlıda ağır yol qəzası baş verib
Saatlıda ağır yol qəzası olub, ölən və yaralanan var

Bakı. Trend:

Saatlıda ağır yol qəzası baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Saatlı rayonu, Qaralar kəndində "Mercedes" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun cəsədini və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalmış digər sürücü, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti