...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

Hadisə Materials 31 Mart 2018 12:07 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan edilən hər hansı predmet aşkar edilməsə də, lakin onun həkim müayinəsinə zərurət yaranıb və daxili orqanları müayinədən keçirilib. Nəticədə xanım vətəndaşın cinsiyyət orqanında 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti