...

Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Hadisə Materials 6 Aprel 2018 10:44 (UTC +04:00)
Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Bakı. Trend:

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Məmmədlinin “Chevrolet” markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək də aşkar edilib.

39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini K.Abbasovanın “Nissan” markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.

Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın “Ford” markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti