Bakı. Trend:
Narkotik vasitə ilə tutulmuş Seymur Zeynalovun 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
DİN-dən Trend-ə verilən məlumata görə, Seymur Zeynalovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 1-dən dekabrın 16-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da aşkar olunub.