...

Füzulidə 2 partlamamış mərmi tapılıb (FOTO)

Hadisə Materials 8 Aprel 2018 17:23 (UTC +04:00)
Füzuli rayonunda partlamamış hərbi sursat tapılıb
Füzulidə 2 partlamamış mərmi tapılıb (FOTO)

Bakı. Trend:

Füzuli rayonunda partlamamış hərbi sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci ilin 08 aprel tarixində saat 09:36-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 10:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Şpartı adlanan ərazidə 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd PQ-7M raketi və 1 ədəd 57 mm-lik top mərmisi (OR281-U)) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 08 aprel 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, 5 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 9 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 2 437 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilmiş, 55 015 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti