...

İndoneziyada 80-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb

Hadisə Materials 11 Aprel 2018 04:24 (UTC +04:00)
Son bir sutka ərzində İndoneziyada saxta spirtli içkilərdən zəhərlənərək 20-dən çox insan ölüb
İndoneziyada 80-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb

Bakı. Trend:

Son bir sutka ərzində İndoneziyada saxta spirtli içkilərdən zəhərlənərək 20-dən çox insan ölüb.

Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə İndoneziya polisinin nümayəndəsi Setio Vasisto bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində saxta spirtli içkilərdən zəhərlənərək ölənlərin sayı 80-i keçib: "Spirtli içkilərdən zəhərlənmə daha çox Qəri Yava əyalətində qeydə alınıb. Orada spirtli içkilərdən zəhərlənərək ölənlərin sayı 50-dən artıqdır. Ölkənin paytaxtı Cakartada isə 31 nəfər zəhərlənərək ölüb".

Xəbər lenti

Xəbər lenti