Bakı. Trend:
Bakıda yanğın qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.
Bitişik sex və digər obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.