...

Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi

Hadisə Materials 18 Aprel 2018 15:11 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi

Bakı. Samir Əli -Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən Elvira Ələsgərova, Çinarə Bəhlulzdə, Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov, Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən Vahid Cəfərzadənin 4 il, Fəxrəddin Hüseynovun 3 il, Anar Kərimovun 13 il, Fəqan Abdullayevin 12 il 6 ay, Nurlan Məmmədovun 12 il, Kamran Vahabovun 12 il, Elvira Ələsgərovanın və Çinarə Bəhlulzadənin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu il yanvarın 13-də Bakıda Azərbaycan Tibb Universitetində təhsil alan İraq vətəndaşı Biyar Cumaah Shaikaniyə qarşı quldurluq edib və onun evindən 30 min manat məbləğində pul oğurlayıblar.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Ç.Bəhlulzadə, Bakı şəhər sakinləri - A.Kərimov, E.Ələsgərova, F.Abdullayev, N.Məmmədov və K.Vahabov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti